İcra başçısı olmuş şəxs vəfat etdi
14:09 25 Dekabr 2017
Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Məhəbbət Qarabağlı vəfat edib.
Femida.az "Report"a istinadən xəbər verir ki, Məhəbbət İsmayıl oğlu Qarabağlı uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, M.Qarabağlı 1941-ci il mayın 5-də Gürcüstan respublikasının Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olub. İxtisasca müəllim olan M.Qarabağlı 1999-cu ildən 2005-ci ilə qədər Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Bakı şəhər Baş Təhsil İdarəsinə rəisi, 2006-cı ildə yeni yaradılmış Bakı şəhər üzrə Təhsil İdarəsinin müdir müavini təyin edilib və uzun müddət bu vəzifədə çalışıb.
"Qızıl qələm" media mükafatı laureatıdır. Müxtəlif illərdə qurultaylara nümayəndə seçilib.
İki oğlu, bir qızı və altı nəvəsi var.
Femida.az
Oxunub: 11989
Oxşar xəbərlər
- İcra başçısına yeni müavin təyin olundu
- İcra başçısından maraqlı addım - Xaçmazda
- İcra Hakimiyyəti valideynlərini itirən gənclərin pulunu ödədi
- İcra hakimiyyəti 3 gəncin pulunu ödəmir - VİDEO
- İcra başçısının müavini vəfat edib
- İcra Hakimiyyəti vətəndaşı məhkəməyə verib
- İcra başçısı müavininin qəza törətmiş oğluna hökm oxundu
- İcra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşdü - Yenilənib
- İcra başçısı məhkəmədə ifadə vermək istəmədi
- İcra Hakimiyyəti 83 yaşlı qadına qalib gəldi - Ali Məhkəmədə