Türkiyə SQ-in Baş Qərargah rəisi: Azərbaycana minnətdaram


17:30     25 Dekabr 2017 hulusi.jpg

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.


Femida.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, H.Akar Sarıqamış hərəkatı xatırladaraq bunları deyib: " Əməliyyatdan sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".

Yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1793