Azərbaycanlı biznesmen və oğlu faciəvi şəkildə öldü - FOTOLAR


18:27     25 Dekabr 2017 rusiyada-azerbaycanli-biznesmen-qeza-25122017-9.jpg

Rusiyanın Saxalin vilayətində dəhşətli avtomobil qəzasında həlak olan azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.


Femida.az xəbər verir ki, Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.


C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib:

"Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır".









Açar sözlər:

Oxunub: 15732