Azərbaycanlıların Ermənistandan deportasiyasından 29 il ötür


19:23     25 Dekabr 2017 deportasiya.jpg

Bu gün Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsindən 29 il ötür.



Femida.az xəbər verir ki, 1988-ci ilin dekabrın 25-də sonuclanan deportasiya azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı. Sonuncu deportasiyada -1988-ci ildə isə etnik təmizləmə nəticəsində Ermənistanın türklər yaşadıgı 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən minbir vəhşiliklə qətlə yetirilmişdir. 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib.

Ermənistandan azərbaycanlıların kütləvi köçürülməsi hələ ötən əsrin əvvəllərində başlayıb. Prosesin birinci mərhələsi 1905-1920-ci illərdə, ikinci mərhələsi 1948-1953-ci illərdə, üçüncü mərhələsi isə 1988-ci ildə baş tutub və proses dekabrın 25-də başa çatıb.

Ermənistanda yaşayan Azərbaycan türklərinin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Ermənistandan didərgin salınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1100