Nazirlikdən Şəkidəki zəlzələ ilə bağlı monitorinq


01:07     10 Sentyabr 2015 367589.jpg

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən 4 sentyabr tarixində Şəkidə baş verən zəlzələ ilə bağlı monitorinqlər aparılıb.


Bu barədə Femida.az-a Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov məlumat verib.

Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, zəlzələ zamanı tarix və mədəniyyət abidələrinə, qoruqlara ciddi ziyan dəyməyib.
Qeyd edək ki, buna qədər Xidmət tərəfindən Şəkidə yerləşən tarix və mədəniyyət abidələrində təmir-bərpa işləri aparılıb, bundan sonra da bu proses davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 681