İlham Əliyev Rusiyaya yollanır


23:11     25 Dekabr 2017 prezident%20esas.jpg

Sabah Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.


Bu barədə Femida.az Kremlin rəsmi saytına istinadən xəbər verir. Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 1548