Putinin ən müxalif rəqibinin namizədliyi qeydə alınmadı


23:37     25 Dekabr 2017 navalni.jpg

Rusiya Mərkəzi Seçki Komissiyası müxalifətçi Aleksey Navalnının prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib.



Femida.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub. Qurum qərarını belə əsaslandırıb ki, ağır cinayətlərə görə azadlıqdan məhrum olunmuş şəxslərin məhkumluğun götürülməsindən sonra 10 il ərzində seçkilərdə iştirak hüququ yoxdur.

İclasda iştirak edən A. Navalnı qərarı qanunsuz adlandırıb.

Qeyd edək ki, A. Navalnı sənədlərini MSK-ya bir gün əvvəl təqdim etmişdi. MSK-nın sənədlərə baxmaq üçün qanunla 5 gün vaxtı var idi.

Femida.az

Açar sözlər:

Oxunub: 771