Xaricdə təhsil almaq istəyənlər üçün vacib MƏLUMAT


16:16     26 Dekabr 2017 viza5.jpg

Xaricdə təhsil almaq gələcək karyera baxımından böyük təcrübə sayılsa da, bəzən bu arzunu reallaşdırmaq heç də asan olmur. Çünki bəzi ölkələrin diplomatik nümayəndəlikləri elə çətin şərtlər qoyublar ki, təkcə universitetə qəbul olmaq yetərli olmur.

Sual:

Əgər bir şəxs xarici bir ölkənin universitetinə qəbul olunubsa, səfirliyin təhsil vizası verməmək hüququ varmı?

Beynəlxalq qanunvericilik

İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1-ci əlavəsi, protokolun 2-ci maddəsində təhsil hüququ (20.03.1952, Paris) barədə qeyd olunur:
“Heç kəs təhsildən məhrum edilə bilməz. Dövlət valideynlərin uşaqlarına dini və fəlsəfi inanclarına uyğun təhsil və təlim verilməsi hüququna hörmət edir.
Analoji maddələr BMT-nin müddəaları arasında da var.

Hüquqşünaslar nə deyir?

Məsələ ilə bağlı hüquqşünas Mübariz Qarayev Femida.az-a bildirib ki, universitetə qəbul olmaq ve sənədlərin qaydasında olması şəxsin viza alacağına zəmanət vermir. Hər bir diplomatik nümayəndəlik bunu öz ölkəsinin konstitusiyasına əsasən, müəyyənləşdirir:

"Bəzi ölkələr var ki, beynəlxalq terrorizm və s. səbəblərdən diplomatik nümayəndəliklərinə bu sahədə geniş imtiyazlar veriblər. Ona görə də bəzən heç bir səbəb göstərmədən viza verilməsindən imtina olunur. Başqa təbirlə desək, əhalisinin əksəriyyətinin müsəlman olan ölkələrin vətəndaşlarına adətən Avropa ölkələri uzunmüddətli viza vermir. Təhsil vizası da bu qəbildəndir.

Qısası, səfirliklərin xaricdə universitetə qəbul olan tələbəyə vizadan imtina vermək hüququ var. Bununla belə tələbə qərarla razılaşmazsa, 30 gün ərzində universitetin yerləşdiyi şəhər məhkəməsinə müraciət edə bilər".

Yerli qanunvericilik

Yeri gəlmişkən, Azərbaycan Konstitusiyasına görə (maddə 42), hər bir vətəndaşın ölkə daxilində təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.


Amin

Femida.az



Açar sözlər:

Oxunub: 1159