Azərbaycanlı biznesmen avtobusun qarşısını kəsib, sürücünü bıçaqladı


16:52     26 Dekabr 2017 bicaqladi5.jpg

Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü “Range Rover”lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. Virtualaz.org xəbər verir ki, “Range Rover” sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb.


Rusiya İstintaq Komitəsinin mətbuat xidməti Sankt-Peterburq şəhərində “Range Rover”lə içərisində məktəblilər olan avtobusun qarşısını kəsərə sürücünü bıçaqlayan azərbaycanlı biznesmenlə bağlı məlumat yayıb.

Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, Əlizadə Mustafayev adlı həmin azərbaycanlının barəsində qəsdən adam öldürməəyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb, hazırda onun axtarışı gedir.

İstintaqın məlumatına görə ötən axşam saatlarında Rusiya vətəndaşlığı daşıyan Azərbayan sakini, 44 yaşlı Əlizadə Mustafayev şəxsiyyəti hələ müəyyən edilməmiş qadınla birlikdə avtobusun sürücüsünə hücum edib. Mustafayev sürücüyə bıçaqla çoxsaylı zərbələr endirib, qadın isə onu müəyyən edilməmiş alətlə vurub. Hücum edənlər “Range Rover”lə hadisə yerindən uzaqlaşıb, yaralı sürücü xəstəxanaya çatdırılıb və reanimasiyadadır.

İstintaq Komitəsi bildirir ki, Mustafayevin yerinin müəyyən edilib tutulması üçün təxirəsalınmaz tədbirlər görülür.



Femida.az

Açar sözlər:

Oxunub: 871