Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE


18:09     26 Dekabr 2017 fexri_1514280869.jpg

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə sədr təyin edilib.


Sərəncamla Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Femida.az xəbər verir ki, Fəxri Xanhüseyn oğlu Kazımov 1970-ci il oktyabrın 23-də Bakıda anadan olub. 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. 1992-ci ildə İstanbul Mərmərə Universitetinin, Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant kimi təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1987-1989-cu illərdə “Azərneftmaştəmir” İstehsalat Birliyin texniki nəzarət şöbəsində inspektor kimi başlayıb. 1995-ci ildə Milli Bankın Pul-Kredit Siyasəti Departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995-2000-ci illərdə Milli Bankın İdarə Heyəti sədrinin baş müşaviri olub. 2000-2002-ci illərdə Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb.

2002-ci ildən İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri kimi fəaliyyətini davam etdirib. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fəxri Kazımov Milli Məclisin deputatı, Sosial Rifah Partiyasınıln sədri Xanhüseyn Kazımlının oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 4122