Daha 3 rayonda ASAN Xidmət açılacaq


18:18     26 Dekabr 2017 1403587328_big_1403586740_asan.jpg

"Tezliklə qeydiyyatdan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən ASAN Xidmət mərkəzində ala biləcəklər".


Femida.az xəbər verir ki, bunu "Report"a Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O, Mingəçevir regional ASAN Xidmət mərkəzinin açılışından sonra şəxsiyyət vəsiqələrinin istənilən ASAN Xidmət Mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırıla biləcəyini söyləyib: "Mingəçevir ASAN Xidmət mərkəzinin açılışından sonra ərazi məhdudiyyəti aradan qaldırılacaq".

Agentlik rəhbəri 2018-ci ildə açılışı baş tutacaq mərkəzlər haqqında da məlumat verib: "Növbəti ildə Şəki, Mingəçevir və İmişli regional ASAN Xidmət mərkəzlərinin açılışı nəzərdə tutulub və bir neçə digər mərkəzin təməli qoyulacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1576