İlham Zəkiyev haqqında film Kann Qızıl Mükafatına layiq görülüb


19:29     26 Dekabr 2017 zekiyevlebagli.jpg

BP-nin İlham Zəkiyev haqqında “Döyüşçü” filmi Kann Qızıl Mükafatına layiq görülüb.


Şirkətdən Femida.az-a verilən məlumata görə,şirkət onun haqqında qısa videoçarx hazırlayıb. “Döyüşçü” adlanan bu çarx Rio-2016 Olimpiadası ərəfəsində BP-nin Beynəlxalq Paralimpiya Komitəsinə dəstək məqsədilə keçirdiyi “Daxildən gələn enerji” kampaniyası üçün hazırlanmış 8 filmdən biridir. Bu vaxtadək “Döyüşçü”yə bütün dünyada 18 milyon insan baxıb və film üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb.


İki mükafat “Cannes Corporate Media & TV Awards 2016” müsabiqəsində qazanılıb - “Kann 2016 Qızıl Mükafat Qalibi” (Marketinq Kommunikasiyası B2C kateqoriyasında) və “Kann mükafatı” (Xeyriyyə, Qeyri-kommersiya, Korporativ Sosial Məsuliyyət kateqoriyasında).

Üçüncü mükafat isə “EVCOM Clarion Awards 2016” müsabiqəsində əldə edilib. Burada “Döyüşçü” filmi Sosial (ekran) filmlər kateqoriyasında yüksək mükafata layiq görülüb. “EVCOM Clarion Awards” mükafatları korporativ sosial məsuliyyət və davamlı inkişaf, o cümlədən ətraf mühit, müxtəliflik, bərabərlik, icma, xeyriyyə təşəbbüsləri, təhsil, etika, sağlamlıq və rifah sahələrindəki fəaliyyətlərin təltif edildiyi aparıcı tədbir və film mükafatlarıdır.

Açar sözlər:

Oxunub: 1116