Vəkil adından qanunsuz istifadə edənlərə XƏBƏRDARLIQ
20:20 26 Dekabr 2017
Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq edib.
Kollegiyanın mətbuat xidmətindən Femida.az-a verilən məlumatda bildirilir ki, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir:
"Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən vəkil adından qanunsuz istifadə edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şəxslərdən qeyd edilən qanunsuz əməllərə son qoyulmasını tələb edir və onların nəzərlərinə çatdırır ki, belə əməllərə qısa müddət ərzində son qoyulmazsa həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək".
Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edib.
Oxunub: 984
Oxşar xəbərlər
- Vəkillər Kollegiyası 18 yeni vəkilə vəsiqə verdi
- Vəkillər Kollegiyası hüquqşünaslara müraciət edib
- Vəkil olmaq istəyənlərə şad xəbər - Məntiqə dair suallar olmayacaq
- Vəkilliyə sənəd qəbulunun müddəti artırılıb
- Vəkillər Kollegiyasının yeni saytı hazırlanır
- Vəkil olmaq istəyənlərin nəzərinə!
- Vəkillər Kollegiyası üzvlüyü üçün sənəd qəbulu bərpa edilir
- Vəkilliyə qəbulda keçid balı aşağı salınacaq?
- Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçilib
- Vəkillər Kollegiyasının sədr müavinləri seçilib - SİYAHI