Yol qəzası törədən sürücü edam edilib


14:43     27 Dekabr 2017 edam%20iran%20femida.jpg

Səudiyyə Ərəbistanında 6 nəfərin həyatını itirməsi ilə nəticələnən yol qəzasının günahkarına qarşı çıxarılan edam hökmü icra edilib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Məhəmməd əl-Kəhtani Ər-Riyadda edam olunub.

Məlumata görə, o, içkili vəziyyətdə abtomobil idarə edərkən yüksək sürətlə digər maşına çırpılıb. Həmin avtomobildə olan 7 nəfərdən 6-sı, o cümlədən uşaqlar ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 6141