Bu sahədə çalışanların maaşı 853 manat oldu


20:18     27 Dekabr 2017 1420399378_pul-manat-cenubnews.jpg

2017-ci ilin yanvar-oktyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,3 min nəfər olub. Çalışanların orta aylıq əmək haqqı isə 13,1 faiz artaraq 853,6 manat təşkil edib.


Bakı Şəhər Statistika İdarəsindən Femida.az -a bildirilib ki, 2017-ci ilin yanvar-oktyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 1103,7 manat təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 782,8 manat olub. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 1449,3 manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 12998