Kürəkən qaynatasını qətlə yetirdi - Cəlilabadda


13:46     28 Dekabr 2017 bicaq5.jpg

Cəlilabad rayonunda kürəkən qaynatasını qətlə yetirib.


Femida.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Uzuntəpə kənd sakini, 1956-cı il təvəllüdlü Rakif Qardaş oğlu Hüseynovu onun kürəkəni 1999-cu il təvəllüdlü Əvəz Əhməd oğlu Həmzəyev bıçaqlayaraq öldürüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1768