Naməlum şəxslər 31 yaşlı kişini döydü - Tovuz bazarında qanlı hadisə


13:49     28 Dekabr 2017 davaa.jpg

Tovuz rayonunda 31 yaşlı kişi döyülüb.


Femida.az xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən bazarda baş verib.

Rayonun Qovlar qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəsibov Nakif Bəşir oğlu bazarın ərazisində naməlum şəxslər tərəfindən döyülüb. N.Nəsibov halsız vəziyyətdə küçədə aşkar edilib və təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada ona qapalı kəllə beyin travması və baş nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 1093


Oxşar xəbərlər