Taleh Bağırovdan XƏBƏR VAR


15:47     28 Dekabr 2017 taleh%20b.jpg

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə istintaq tamamlanıb.


Vəkil Cavad Cavadlının Femida.az-a verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi tərəfindən onun iştirakı ilə Taleh Bağırzadəyə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib.

İttihama əsasən, onun üzərindən iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

Taleh Bağırov özünü təqsirli bilməyib. İfadə verməkdən imtina edib. İfadəni məhkəmədə verəcəyini bildirib.

Cinayət işinin istintaqı tamamlanıb və iş materialları ilə tanışlıq mərhələsidir.

Qeyd edək ki, T. Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1386