Avropa İttifaqından Türkiyəyə baş sağlığı


14:40     10 Sentyabr 2015 abden-pkk-terorune-orantili-destek.jpg

Avropa İttifaqı PKK tərəfindən törədilən terror aktlarını pisləyir, ölənlərin ailələrinə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyir.


APA-nın xəbərinə görə, bu barədə Avropa Xarici Siyasət Xidməti nümayəndəlinin yaydığı rəsmi məlumatda bildirilir.

"Türkiyədə təhlükəsizlik baxımından vəziyyətin gərginləşməsİ, zorakılığın artması, media və siyasi partiyaların qərargahlarına edilən hücumlar ciddi narahatlıq doğurur”, sənəddə deyilir.

Sənəddə həmçinin bildirilir ki, zorakılığın qarşısını almaq üçün Türkiyənin müvəqqəti hökuməti və ölkənin bütün siyasi liderləri bir araya gələrək atəşkəsə dair çağırış etməlidirlər: “Sülh prosesi çərçivəsində irəliləməyin yeganə yolu danışıqların bərpasıdır”.

Açar sözlər:

Oxunub: 653