Müdafiə naziri hərbi tibb müəssisələrində olub - FOTOLAR


18:59     28 Dekabr 2017 d02f30624294b9098f694feb29dd7cea_121156349201.jpg

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdırıb. Sonra hərbi qulluqçulara dövlət başçısı adından bayram sovqatları təqdim olunub.











Açar sözlər:

Oxunub: 1260