Prezident üç nəfərə “Dostluq” ordeni verdi


19:24     28 Dekabr 2017 ilham-eliyev%20(1).jpg

Prezident İlham Əliyev M.Vardinoyannisin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis "Dostluq" ordeni ilə təltif edilsin.

***

Prezident İlham Əliyev R.V.İlatovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov "Dostluq" ordeni ilə təltif edilsin.

***

Prezident İlham Əliyev D.K.Kıdırəlinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli "Dostluq" ordeni ilə təltif edilsin.

Femida.az

Açar sözlər:

Oxunub: 1253