Gürcüstan azərbaycanlılarının ombudsmana şikayətləri artıb


20:26     28 Dekabr 2017 marnaul.jpg

Gürcüstan ombudsmanının azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsi üzrə regional nümayəndələyinə daxil olan şikayətlərin sayı artıb.


Gürcüstanın Ombudsman Aparatının hesabatına görə, 2017-ci ilin noyabr ayına olan məlumata əsasən Marneulidə yerləşən regional ofisə 134 şikayət daxil olub. 2016-cı ildə şikayətlərin sayı 35 olub. Xalq müdafiəçisinin Marneuli üzrə nümayəndəliyi bu il həmçinin 760 nəfəri konsultasiya ilə təmin edib.


Qeyd edək ki, Gürcüstan ombudsmanının Kvemo Kartli bölgəsi üzrə ofisi Marneulidə 2008-ci ildən fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 1370