İlham Əliyev bu il neçə ölkəyə səfər edib?


20:51     28 Dekabr 2017 belarus%20ilham-eliyev2.jpg

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə 13 xarici ölkəyə rəsmi və işgüzar səfər edib.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

Məlumatda bildirilib ki, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfəri, digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri və bu əsnada aparılan yüksək səviyyəli siyasi dialoq müstəsna rol oynayır.

Vurğulanıb ki, il ərzində dövlətimizin başçısı Qətər Dövlətinə, İran İslam Respublikasına, Polşa, Latviyaya rəsmi, Rusiya Federasiyasına rəsmi və işgüzar, Fransa Respublikasına, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib.

Bununla bərabər, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərini qəbulu və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1254