Türkiyədəki partlayışın səbəbi bilindi - Yeniləndi


02:10     29 Dekabr 2017 600@0.jfif

Türkiyənin Adana şəhərində güclü partlayış olub.


Femida.az "Habertürk"ə istinadən xəbər verir ki, partlayış Seyhan bölgəsində polis idarəsinin yaxınlığında baş verib.

Əraziyə çoxlu sayda polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

***

Partlayışın səs bombasından qaynaqlandığı bildirilib.

Məlumata görə, maskalı şəxsin küçəyə daxil olmasından sonra partlayış baş verib. Belə ki, işıq dirəyinin yanına qoyulan səs bombası işə düşüb.

Adana Təhlükəsizlik İdarəsinin rəhbəri Səlami Yıldız hadisə yerindədir və olayla bağlı ətraflı məlumat alıb.

“Hər şey nəzarətdədir. Səs bombası partlayıb. Araşdırmalar davam edir”, - deyə Yıldız bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1785