İsmayıllıda ağır qəza: polis zabiti yaralandı


13:32     29 Dekabr 2017 qeza_yeni.jpg

smayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometrliyində qeydə alınıb.

Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan "Niva" markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 874