Yoxa çıxan alpinistlərlə bağlı AÇIQLAMA


14:09     29 Dekabr 2017 612541_01.jpg

"İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün səhər saat 5-dən yenidən axtarışlara başlanılıb".


Femida.az xəbər veirr ki, bunu report-a açıqlamasında "Gilavar" - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.

Onun sğzlərinə görə, hələ dəqiq bir iz yoxdur: "Axtarışlarımıza davam edirik. Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda axtarışlar aparır".

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Femida.az

Açar sözlər:

Oxunub: 4292