Fuad Qəhrəmanlı və Tale Bağırzadənin şikayətinə baxılacaq

Fuad Qəhrəmanlı və Tale Bağırzadənin şikayətinə baxılacaq


15:14     29 Dekabr 2017 fuad-2.jpg

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.


Vəkil Fəxrəddin Mehdiyevin Femida.az-a verdiyi xəbərə görə, Fuad Qəhrəmanlı, Taleh Bağırzadə və daha 16 nəfərin ittiham olunduğu "Nardaran işi" üzrə Ali Məhkəməyə verilən kassasiya şikayətinə fevralın 22-də baxılacaq.

Proses Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, T. Bağırov Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

F. Qəhrəmamlı isə hadisələrdən sonra saxlanılıb və 10 il müddətinə azadlıqdan məhrum olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 495