Nazim İbrahimov: Qlobal siyasətdə Azərbaycan öz sözünü deyir
17:21 29 Dekabr 2017
Qlobal siyasətdə Azərbaycan müstəqil dövlət olaraq öz sözünü deməyə başlayıb. Azərbaycanın dünya siyasətində öz məxsusi yeri var.
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət ilə hər il Azərbaycan inkişaf edir, dünyada daha yüksək səviyyədə tanınmağa başlayır:
"Ölkənin yüksək səviyyədə tanınması Azərbaycan diasporunun üzərinə xüsusi vəzifələr qoyur. Azərbaycan diasporu ölkəmizin tanıdılması üçün öz töhfələrini verməli, Azərbaycanın haqq səsinin dünyata çatdırılması üçün qarşısında duran bütün vəzifələri yerinə yetirməlidir. Azərbaycan diasporunun fəaliyyəti üçün dövlətimiz tərəfindən bütün şərait yaradılıb. Birinci olaraq mənəvi şərait yaradılıb. Dünya ölkələrində yaşayan azərbaycanlıların da nüfuzu artmağa başlayıb".
Femida.az
Oxunub: 1096
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək