Yəhudi təşkilatı: “Amerika yəhudiləri Qarabağ məsələsində Azərbaycanın yanındadır”


22:11     06 May 2015 murad%20salman.jpg

“Azərbaycan dünyanın ən humanist ölkəsidir”

Femida.az-ın müsahibi Vaad L Haztolas Nidchei Yisroel –Amerika Yəhudiləri Yardım Təşkilatının Mətbuat Katibi Murad Salmanovdur.

Bakıda yəhudi olmaq necə hissdir?

Nəinki Bakıda, Azərbaycanda yəhudi olmaq gözəl hissdir. Azərbaycanda tarix boyu yəhudilər yaşayıb və indi də yaşayırlar. Azərbaycanda yəhudilər yəhudi olduqlarını qürurla ifadə edə bilir. Bu da Azərbaycan xalqının tolerant xalq olmasından irəli gəlir. Azərbaycanda nəinki yəhudilər, bütün xalqların nümayəndələri sülh içində yaşayır. Bizim hamımızı birləşdirən bir dəyər var: Azərbaycanlıyıq.

Təşkilatınız fəaliyyət istiqaməti haqda nə deyə bilərsiniz?

“Təşkilatımız Vaad L Hatzolas Nidchei Yisroel”-Amerika Yəhudiləri Yardım Təşkilatıdır. Mərkəzimiz Amerika Brooklyndə yerləşir. 1994-cü ildən Azərbaycanda fəaliyyət göstəririk. Azərbaycanda fəaliyyətimiz Ümummili Lider Heydər Əliyevin köməkliyi və dəstəyi sayəsində olub. Bizim məqsədimiz imkansız yəhudi və azərbaycanlı aililərə yardım göstərmək həmçinin qaçqın və məcburi köçkünlərə dəstək olmaqdır.Təşkilatımız Azərbaycanda olan yəhudi icmalarına yəhudi adət-ənələrini qorumaqda yardımlar edir. Biz həmçinin 46 saylı orta məktəbin nəzdində fəaliyyət göstərən yəhudi siniflərinə maddi və mənəvi dəstək oluruq. Məktəbdə təhsil alan şagirdlərə gündə iki dəfə koşer yəmək(halal) avtobus xidməti göstəririk. Onlar üçün yaya düşərgələri müxtəlif gəzintilər edirik. Biz humanitar fəaliyyətlə yanaşı xaricdə Azərbaycanın təbliğatı ilədə məşğul oluruq. Sədrimiz Rav Shmuel Simatov həm də AZİZ( Azərbaycan- İsrail Beynəlxalq Assosiasiyasının) idarə heyətinin üzvüdür. İstər İsraildə, istərsədə təşkilatımızın fəaliyyət göstərdiyi bütün ölkələrdə Azərbaycanın maraqlarının qorunması üçün bütün gücümüzlə çalışırıq.

İsrail-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

İsrail-Azərbaycan arasında olan münasibətlər hər şeydən öncə dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Üummilli Lider Heydər Əliyev hakimiyyəti illərində İsrail-Azərbaycan arasında əlqələrin təməli atıldı və cənab Prezident İlham Əliyev zamanında isə bu münasibətlər ən yüksək səviyyəsinə çatıb. Bu gün dövlət arasında strateji əməşdaşlıq mövcuddur.İsrail bütün sahələrdə Azərbaycanı dəstəkləyir. Azərbaycan və İsrail dostluğunun təməlini Azərbaycan Yəhudi qardaşlığı təşkil edir. İsraildə yüz minə yaxın Azərbaycandan köç edən yəhudilər yaşayır. Bütün bunlar İsrail Azərbaycan münasibətlərinin əsasını təşkil edir.
Azərbaycan İsrail arasında hərb-siyasi və bütün sahələrdə əməkdaşlıq mövcuddur. İsrailin istehlak etdiyi neftin 40% -nə qədəri Azərbaycan neftidir. Həmçinin Azərbaycan hərbi sahədə İsraillə böyük əlaqələrə malikdir. Bundan başqa Qarabağ məsələsində İsrail dövləti və yəhudi xalqı Azərbaycanın yanınadadır.

Dağ yəhudiləri tarixi ənənələrini Azərbaycanda istədikləri kimi yaşaya bilirmi?

Bütün etnik xalqların nümayəndələri kimi yəhudilərdə azərbaycanda adət ənənlərini mədəniyyətlərini qoruyub saxlayırlar.Dağ yəhudiləri iki min ilə yaxındır ki, Azərbaycanda yaşayır. Onlar yəhudi adət-ənənələrini qorumaqla yanaşı Azərbaycan adət-ənənlərini də bilirlər.Azərbaycan müxtəlif Mədəniyyətlər diyarıdır. Bütün xalqlar burda öz dinlərini adət-ənənələrini rahatca yaşaya bilirlər.

İcma olaraq media ilə əlaqələriniz sizi qane edirmi?

Bizim Azərbaycan mediası ilə yaxşı əlaqlərimiz mövcuddur. Dövlətimizin maraqlarını qoruyan media orqanları ilə sıx əməkdaşlıq edirik.

İsrail-Azərbaycan turizm münasibətləri hansı səviyyədədir?

İsrail Azərbaycan arasında turizm əlaqələri getdikcə güclənir. Azərbaycan Turizm sahəsi durmadan inkişaf edir. Bu da israilli turistlərin Azərbaycana gəlməsinə səbəb olur. Mən ümid edirəm ki, iki ölkə arasında turizm əlaqələri daha da inkişaf edəcək.

Yəhudi icmasının inkişafı üçün yaradılan şəraitdən razısınızmı?

Azərbaycanda nəinki yəhudi icması bütün icmalar üçün yüksək şərait yaradılıb. Məhz bunun bariz nümunəsidir ki, 2011 –ci ildə Cənab Prezident tərəfindən Dağ Yəhudilərini yeni sinaqoq hədiyyə edildi. Bundan başqa Azərbaycanda yəhudilərin öz dini ibadətlərini yerinə yetirmək üçün hər bir şərait var.

Tolerant ölkə deyiləndə ağlınıza ilk gələn ölkə hansıdır?

Dünyanın bir çox ölkələrində olmuşam, amma Azərbaycan qədər tolerant bir ölkə görməmişəm. Azərbacanın təbiəti nə qədər gözəl və zəngindirsə, tolerantlığı və humanistliyidə bir o qədər zəngindir.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1205