İcra Hakimiyyəti valideynlərini itirən gənclərin pulunu ödədi


17:58     29 Dekabr 2017 seadet%20qardasi12.jpg

Hər iki valideynlərini itirən Səadət, Sadiq və Sabit Abdullayevlərə ödənilməli olan 45.000 manat kompensasiyanın gecikdirilməsi barədə məlumat vermişdik.


Sadiq Abdullayevin vəkili Ruhiyyə İsayeva Femida.az -a açıqlamasında bildirib ki, qeyd olunan məbləğ Xətai Rayon İcra hakimiyyəti tərəfindən gənclərə ödənilib.

Xatırladaq ki, gənclər hələ erkən yaşlarında valideynlərini itirib.Xətai rayonu ərazisində yerləşən yaşadıqları yataqxana söküldükdən sonra məhkəməyə müraciət etmişdilər. Ali Məhkəmənin çıxardığı yekun qərara əsasən, 45 min manat məbləğində kompensassiya Abdullayevlərə ödənilməli idi.Amma qərarın icrası 1 ildən artıq uzanmışdı.Qeyd edək ki, gənclərin problemləri ilə bağlı Femida.az 27.12.17 tarixdə yazı hazırlamışdı.



Mircəlal Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 3044