Bakıda özünü erməni kimi təqdim edən oğlan kimdir? - VİDEO


20:00     29 Dekabr 2017 f15.jpg

Rusiyada yaşayan azərbaycanlı gənc video bloqer Fariz Məlikov Bakıda qeyri-adi video-eksperiment hazırlayıb. O, Bakıda binalardan birinin liftində özünü erməni kimi aparıb.


Femida.az xəbər verir ki, o, liftə minən digər insanların yanında Ermənistandan Rusiyaya, ordan da Bakıya gəldiyini deyib. Daha sonra erməni dilində sözlər işlədib. Farizin bu davranışı liftdəki azərbaycanlılar tərəfindən yaxşı qarşılanmayıb və onu erməni sanan insanlar Məlikova hücum ediblər. Həmyerlimiz son məqamda bunun sadəcə eksperiment olduğunu deyərək aqresiyadan xilas ola bilib.






Videonun hansı məqsədlə çəkildiyini öyrənmək üçün internet vasitəsilə Farizi tapıb, ondan qısa müsahibə aldıq. Həmin söhbəti təqdim edirik:

- Fariz əvvəlcə özün haqda qısa məlumat verərdin…

- 25 yaşım var. Mən azərbaycanlı olsam da, Azərbaycanda yaşamıram. Rusiyada doğulub böyümüşəm. Ailəm burada yaşayır.

- Orada nə işlə məşğulsan? Əsl işin video bloqerlikdir?

- Xeyr, mənim öz peşəm var. Aviasiya universitetini bitirmişəm. Aeroportda işləyirəm. Təyyarələr üzrə texnikəm. Video çəkmək sadəcə hobbimdir.

- Videonu çəkməkdə məqsədin nə idi?

- Məqsədim sadəcə insanların Bakıda mülki şəraitdə qarşılaşdığı erməniyə hansı reaksiyanı verdiyini öyrənmək və insanlara göstərmək idi. Özünüz də gördüz ki, reaksiyalar müxtəlif oldu. Həm aqressiv olanlar var idi, həm də sakitcə dayanıb fikir verməyənlər. Yəni 50-50-yə. Hətta elə olurdu ki, mən insanları lap qıcıqlandırırdım ki, onlar sərt reaksiya versin. Lakin yenə də bəziləri “0” reaksiya göstərirdi.

- Sənin üçün ən yadda qalan reaksiya hansı oldu?

- Bir ailə ilə qarşılaşdım. Onlar məni erməni sanandan sonra nəinki vurmağa çalışdılar, əksinə mənə xoş davrandılar və evlərində qonaq etməyə hazır olduqlarını dedilər. Təəssüf ki, kamera işləmədiyi üçün həmin anları qeydə ala bilməmişəm.

- Qorxmadın ki, sənə qarşı pis reaksiyalar ola bilər və həyatını təhlükəyə ata bilərsən?

- Əslində mən belə videolar çəkəndə heç vaxt Bakıda paylaşmıram. Videoları Rusiyaya qayıdandan sonra internetə yükləyirəm.

- Videoları və digər hər şeyi bir kənara qoysaq, ermənilərə qarşı öz münasibətin necədir?

- Uşaq vaxtı hər şeyi dərk etmirdim. Böyüdükcə və həyatı dərk etdikcə başa düşdüm ki, onlardan uzaq dayanmaq lazımdır. Rusiyada çoxlu erməni yaşayır, amma burada ətrafımda erməni tanışım yoxdur. Deyirlər ki, ermənilər ən xəsis millətdir. Bəli, həqiqətən də onlar əsl xəsislərdir. Biləndə ki, qarşımdakı ermənidir, ondan uzaq dayanmağa çalışıram.

Statistika deyir ki...

Əslində Bakıda erməni ilə qarşılaşmaq qeyri-adi hal deyil. Bəlkə də hər birimiz dəfələrlə küçədə ermənilərlə rastlaşırıq. 2017-ci ilin statistikasına görə, Azərbaycanda təxminən 120,7 min erməni yaşamaqdadır. Bu da Azərbaycanda ləzgilərdən sonra (180 min nəfər) say çoxluğuna görə ən böyük etnik millət sayılır. Sadəcə olaraq onlar öz soyadlarını və adlarını dəyişib Azərbaycan dilinə uyğun ad-soyad qəbul ediblər. Ermənilərin əsas hissəsi Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarda məskunlaşıb. Bakıda yaşayan ermənilərin sayı isə 20 mindir. Bəzi mənbələrdə isə bu sayın 30 min olduğu deyilir.








Amin

Femida.az

Açar sözlər:

Oxunub: 7433