Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü


21:24     29 Dekabr 2017 zakir-mihay.jpg

Dekabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın Milli Müdafiə naziri cənab Mihai-Viorel Fifor ilə görüşüb.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, işçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1075