Terrorçular jurnalisti öldürdü
21:44 29 Dekabr 2017
Suriyanın "Sama" dövlət televiziyasının operatoru Kərəm Kubeyşu terrorçular tərəfindən öldürülüb, telekanalın müxbiri Abdel Qxani Carux isə yaralanıb.
Femida.az -ın "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyanın "Sana" milli agentliyi məlumat yayıb.
Telekanalın əməkdaşları Suriya ordusunun ölkənin İdlib əyalətinin cənubunda həyata keçirdiyi əməliyyatı çəkilişə alarkən "Cəbhət ən-Nüsrə" terrorçu qruplaşmasının atəşinə məruz qalıblar.
Yaralı müxbir Həma şəhərinin dövlət xəstəxanasına çatdırılıb.
Oxunub: 412