Bu il vərəmdən ölənlərin sayı azalıb
15:03 30 Dekabr 2017
“Son üç ildə vərəmlə bağlı göstəricilərdə dinamik azalmaya nail olunub”.
Femida.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.
Onun sözlərinə görə, 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 idisə, hazırda bu rəqəm 39-dur: “İlkin aşkarlanan vərəm hallarının sayı 21 faiz azalıb. Bu il vərəmdən ölüm göstəricisi də aşağı düşüb. Belə ki, 2010-cu ildə hər 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil edirdisə, 2016-cı ildə 4,6 olub, 2017-ci ildə isə ilkin göstərici 4,5 təşkil edir. Vərəmin gecikmiş və yayılmış formalarında da 2010-cu illə müqayisədə 2 dəfə azalma var”.
H.Qədirova Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, bu ilin iyun ayından çoxsaylı dərmanlara davamlı vərəm xəstələrinin müalicəsinə başlanıldığını, bu günədək 183 xəstənin həmin müalicəyə qoşulduğunu da vurğulayıb.
İnstitut direktoru vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi vəzifənin durduğunu qeyd edib.
Femida.az
Oxunub: 780
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI
- Bu ölkələrin diplomatları Bakıya toplaşır