Lapşin Ermənistana gedir


15:24     30 Dekabr 2017 lapsin.jpg

Belarusiyalı blogger Aleksandr Lapshin Ermənistana səfər etməyi planlaşdırır. Bu barədə o, özü məlumat verib.


Femida.az “Sputnik Armenia”ya istinadən xəbər veri ki, Lapşin açıqlamasında "Martın sonunadək və ya aprelin əvvəlində Ermənistana getməyi planlaşdırıram” deyə bildirib.

O, səfərinin turist məqsədli olduğunu və Ermənistanın Syunik bölgəsində təhlükəli dağ yollarına getmək istədiyini qeyd edib.

Xatırladaq ki, Lapşin Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycanın xahişi ilə Minskdə saxlanılmış və Azərbaycana təhvil verilmişdi.

Məhkəmədə danışan Lapşin Qarabağda turist kimi olduğunu və rəhbərlikdən heç kimlə görüşmədiyini söyləmişdi. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də onu əfv etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 2738