“3500 metr hündürlükdə iz tapıldı“ - Alpinistlərin axtarışından son xəbər


16:02     30 Dekabr 2017 alpinist4.jpg

Quba rayonu ərazisində dağlıq ərazidə dekabrın 23-dən itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.


Femida.az xəbər verir ki, bu barədə alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından bildirilib.

Açıqlamaya görə, 3500 m hündürlükdə müəyyən izlərə rast gəlinib, lakin zirvə, zirvə ətrafı ərazilər və zirvə yolu üzərində itən dağçılarımıza aid heç bir iz yoxdur.

Tufan dağına gedən bütün marsrutlarda axtarışlar davam edir.

Femida.az



Açar sözlər:

Oxunub: 9204