Goranboyda piyada ölümü olub


16:58     30 Dekabr 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Goranboy rayonunda 83 yaşlı kişini maşın vuraraq öldürüb.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Bərdə rayon sakini Roman Qarayev idarə etdiyi VAZ-21074 markalı maşınla yolu keçən 83 yaşlı Mahmud Dəmirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 809