Putin İlham Əliyevi təbrik etdi


17:49     30 Dekabr 2017 ilham_aliyev_putin_090814_03.jpg

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.


Bu barədə Femida.az Kremlin saytına istinadən xəbər verir.

Məlumata əsasən Putin məktubunda bu il Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayıb və bu yubileyin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə bağlı əlamətdar olduğunu qeyd edib.

Rusiya prezidenti eyni zamanda iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini söyləyib.

Putinin sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və ondan kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1234