Avtomobili oğurladı, sürərkən tutuldu


21:08     30 Dekabr 2017 surucu5.jpg

Bakıda avtomobil qaçırmış şəxs tutulub.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 29-na keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cümşüd Babayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bakı şəhər BPİ, Suraxanı RPİ 32-ci PB və Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Telman Cəfərov avtomobillə birlikdə Suraxanı rayonu ərazisində saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün daha bir avtomobil qaçırması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 944