Mal-qara və avtomobil oğrusu saxlanılıb - VİDEO


23:26     30 Dekabr 2017 1357215660_ogru-copy-copy.jpg

Beyləqanda mal-qara oğrusu saxlanılıb.


Femida.az xəbər verir ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini Natiq Abdullayev İmişli rayon polis şöbəsinə müraciət edərək otlaq sahəsindən ona məxsus iribuynzulu heyvanın oğurlandığını bildirib.

Bundan sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon Birinci Şahsevən kənd sakini, əvvəllər dəfələrlə məhkum olunan Elçin Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu heyvanları və bir ədəd avtomobili oğurlayıb.



Femida.az

Açar sözlər:

Oxunub: 582