Qarət edilmiş maşınlar - SIĞORTA NƏYƏ YARAYIR?


22:45     06 May 2015 Qarət%20edilmiş%20maşınlar.jpg

Son dövrlər avtomobillərin qarət halları kütləvi hal alıb


Müşahidələr göstərir ki, son həftələr avtomobillərdən qarət halları xeyli artıb. Əsasən də sözügedən qarət halları gecə saatlarında baş verir. Belə ki, avtomobillər müxtəlif küt alətlərlə pəncərəsi sındırılaraq, yaxud da qaçırılaraq qarət olunur. Ümumilikdə belə halların artması cəmiyyətdə böyük narahatlıq yaradır.

Femida.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, avtonəqliyyat vasitələrinin qaçırılması faktı ilə bağlı 2013-cü il üzrə statistik göstəricilər əvvəlki ilə nisbətən 10.6% artmışdısa, 2014-cü ildə bu rəqəm 2013-cü ilə nəzərən 43,6% artıb.

Avtomobilləri qarət edən şəxslər Cinayət Məcəlləsinin 177, 179, 181 və 185-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunur.

Əsas müzakirə olunan məsələlərdən biri də avtomobillərin qarət olunması zamanı zərər çəkmiş şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlıdır.

Məsələyə aydınlıq gətirmək üçün hüquqşünas Ərşad Hüseynovla əlaqə saxladıq.
Onun sözlərinə görə, sığorta şirkəti tərəfindən hər hansı bir əmlak iki formada sığortalana bilər: icbari sığorta və ümumi sığorta.

“İcbari sığorta müqaviləsinə əsasən avtomobilin idarə olunması zamanı başqasının avtomobilinə zərər dəyibsə, zərərçəkmiş şəxsə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilməlidir. Əgər avtomobil müvafiq olaraq ayrılmış yerlərdə park edilmiş vəziyyətdə qarət edilibsə, dəymiş zərərin ödənilməsində park müdriyyəti məsuliyyət daşıyır”.

Bəs praktikada dəymiş zərər həqiqətən sığorta şirkəti tərəfindən ödənilirmi?

Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, oğurluq, qarət, soyğunçuluq, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə avtomobilin dəyərinin və ya avtomobilin təmirinin dəyəri ödənilir.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etsək də, konkret təhlil aparılmadığı bildirdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1941


Oxşar xəbərlər