Dekabrda ermənilər atəşkəsi 4 min dəfədən çox pozdu

Dekabrda ermənilər atəşkəsi 4 min dəfədən çox pozdu


15:36     31 Dekabr 2017 2015-01-26-09-09-48ateskes-pozulub-liderxeber-full-umumi.jpg

Dekabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 4007 dəfə pozub.


Bu barədə Femida.az-APA-ya istinadən məlumat verir. Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.



Azərbaycan Silahlı Qüvvələrinin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.



Dekabr ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.



Bu ay cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.



Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində isə düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.

Femida.az

Açar sözlər:

Oxunub: 271