40 min dəfədən çox pozuldu -ATƏŞKƏS

40 min dəfədən çox pozuldu -ATƏŞKƏS

14:12     31 Dekabr 2017 ateskes.jpg

Erməni silahlı bölmələri 2017-ci il ərzində atəşkəs rejimini 40 732 dəfə pozub.



Femida.az-ın APA-ya istinadən məlumatına görə, bu il erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, snayper tüfəngləri, 122 millimetrlik D-30 haubitsaları və D-44 topundan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.



2017 – ci ildə erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.



Bu il də erməni tərəfi istər cəbhə xəttində, istərsə də Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edərək təxribatlara əl atıb.



Əməliyyat şəraitinə uyğun olaraq dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin kəşfiyyat-diversiya qrupları, müxtəlif mühəndis qurğuları, atəş nöqtələri Azərbaycan Silahlı Qüvvələrinin sərrast atəşləri ilə məhv edilib. Düşmən canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.


Femida.az


Açar sözlər:

Oxunub: 434