2018-ci ildə profilaktika işləri artırılacaq - Efirdə


18:36     31 Dekabr 2017 aztvbayrami.jpg

Azərbaycanda 2018-ci il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir: "Gələn il 3 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Qrafikə əsasən, profilaktika işləri fevral, iyun və dekabrda keçiriləcək".

Qrafik teleradio şirkətləri ilə razılaşdırıldıqdan sonra təsdiq olunması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2017-ci ildə kompleks profilaktika iki dəfə - fevralın 6-sı və oktyabrın 16-da keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 796