FHN-dən alpinistlərlə bağlı AÇIQLAMA
20:16 31 Dekabr 2017
"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışlar Quba rayonunda yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.
Femida.az
Oxunub: 1256
Oxşar xəbərlər
- FHN-dən statistika: 9 ayda 108 ölü
- FHN-dən Lənkarandakı yanğınla bağlı məlumat
- FHN-dən silah anbarındakı yanğınla bağlı AÇIQLAMA
- FHN-dən `Binə`dəki yanğınla bağlı - Açıqlama
- FHN-dən Bakı və Şabrandakı yanğınlarla bağlı AÇIQLAMA
- FHN-dən əhaliyə dəm qazı xəbərdarlığı - VİDEO
- FHN-dən yağışın fəsadları ilə bağlı - Açıqlama
- FHN-dən əhaliyə müraciət - çimərliklərlə bağlı
- FHN-dən ikinci açıqlama - Yanğın söndürülüb (YENİLƏNİB)
- FHN-dən məktəbdəki yanğınla bağlı - Açıqlama