Türkiyədə terror təhlükəsi - 20 nəfər saxlanıldı


22:44     31 Dekabr 2017 polis%20turkiye%20saxlanilib.jpg

Türkiyə hakim dairələri 20 nəfəri saxlayıb.



Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlardan 15-i əcnəbi vətəndaşlardır.

Onlar İstanbulda iri terror aktı törətməyi planlaşdırırmış.

Anadolu agentliyinin məlumatına görə, polis İstanbulun 3 rayonunda reydlər keçirib.

Saxlanılanların İraqda və Suriyada fəaliyyət göstərən İŞİD silahlı qruplaşması ilə əlbir olduqları güman edilir.

Polisin qənaətinə görə, saxlanılanlar Yeni il günü İstanbulda terror aktı törətməyi qarşıya məqsəd qoyubmuş.

Femida.az

Açar sözlər:

Oxunub: 1117