Gürcüstanda Qarabağ şəhidi anılıb


02:38     01 Yanvar 2018 gurcustan_gju6787687.jpg

Gürcüstanda Qarabağ şəhidi Elşən Məmmədovun xatirəsi anılıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri - hərbi attaşe Fuad İbrahimov, hərbi attaşenin baş köməkçisi Elcan İmamverdiyev və səfirliyin məsul əməkdaşı Fəxri Hacıyev Bolnisi rayonunun Zol-Göyəc kəndində E.Məmmədovun ailəsinə baş çəkib, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.

Səfirliyin nümayəndələri şəhidin məzarını ziyarət edib və ətrafına həmişəyaşıl ağaclar əkib. Bolnisi bələdiyyəsinin merinin müavini Lonqinos Həsənov, Bolnisi azərbaycanlılarının mədəniyyət mərkəzinin sədri Əlixan Yəhyaoğlu, Zol-Göyəc kəndinin axundu da anım mərasimində iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1222