Yeni ilin ilk günü yanğın - Astarada


13:50     01 Yanvar 2018 blank.jpg

Yeni ilin ilk səhəri Astara rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.


Femida.az
"Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

57 yaşlı ev sahibi Şəfiyev Rahim Heybət oğlu ağır bədən xəsarətləri alaraq Astara Rayon Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı təcili olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 596