Ağdaşda qəza - 3 nəfər yaralandı


15:44     01 Yanvar 2018 1359952125_qeza-avariya-mainyeni.jpg

Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.



Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23:30 radələrində Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 21015” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.



Hadisə zamanı sürücü və sərnişinlər, Ağdaş sakinləri 1995-ci il təvəllüdlü Akifzadə Elmədddin Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Mustafayev Alim Sərkər oğlu, 1989-cu il təvəllüdlü Abdullayev Şakir Şövkət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıblar.



Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 586