Sərxoş sürücü 7 gənci vurdu - 1 ölü, 2 ağır yaralı


16:18     01 Yanvar 2018 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib1.jpg

Dekabrın 31-də axşam saatlarında İmişli şəhərində dəhşətli qəza baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu "VAZ 2107" markalı "30 VD 026" dövlət nömrə nişanlı avtomobili idarə edərkən H.Əliyev prospektində dəhşətli yol-nəqliyyat hadisəsi törədib.

S. Mehdiyev idarəetməni itirərək avtomobili yolun kənarı ilə hərəkət edən 7 gəncin üstünə sürüb. Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər –İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.

Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1740